Tramp Filippində məşhur mahnı ilə qarşılanıb
ABŞ Prezidenti Donald Tramp Filippinə səfəri zamanı məşhur "YMCA" mahnısının sədaları altında qarşılanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Filippin mediasında və sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, noyabrın 17-də paytaxt Manilaya gələn Trampın qarşılanması zamanı orkestr "Village People" qrupunun məşhur "YMCA" mahnısını ifa edib.
Qeyd edək ki, "YMCA" Donald Trampın siyasi mitinqlərində və seçki kampaniyalarında tez-tez səsləndirilən mahnılardan biridir.
ABŞ Prezidenti Filippinə səfəri çərçivəsində Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) tədbirlərində iştirak edəcək və bir sıra ölkələrin liderləri ilə görüşlər keçirəcək.
Trampın Filippin Prezidenti Ferdinand Markosla da danışıqlar aparması nəzərdə tutulur.
Filippin səfərindən sonra ABŞ Prezidentinin Çinə yola düşməsi planlaşdırılır.
14:39 17.11.2026
Oxunuş sayı: 370