Qatarda polislərə hücum edib, dişlədilər
Rusiyanın Tver şəhərində məhkəmə qatarda polis əməkdaşlarına hücum edən ər-arvada hökm oxuyub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Top Tver” nəşri məlumat yayıb.
Hadisə Krıma gedən qatarda baş verib. Sərxoş vəziyyətdə olan kişi vaqonda qalmaqal yaradıb. Qatar bələdçiləri onu stansiyaların birində qatardan düşürməyə çalışsalar da, sərnişin buna könüllü razı olmayıb.
Nəticədə hadisə yerinə polis əməkdaşları çağırılıb. Yaranan qarşıdurma zamanı kişi polislərdən birinə zərbə endirib. Daha sonra onun həyat yoldaşı da mübahisəyə qoşularaq polis əməkdaşını bir neçə dəfə vurub.
Cütlük qatardan endirildikdən sonra qadın platformada polis əməkdaşına yenidən hücum edib. O, polisin baş nahiyəsinə bir neçə dəfə zərbə vurub və əlindən dişləyib.
Məhkəmənin qərarı ilə ər-arvadın hər biri 1 il 6 ay müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
15:47 15.11.2026
Oxunuş sayı: 199