Makron Rusiya ilə danışıqlara qoşula bilər
Kreml Fransa Prezidenti Emmanuel Makronun Avropa İttifaqı adından Rusiya ilə danışıqlarda iştirak edə biləcəyinə dair yayılan məlumatları şərh etməyib.
Crossmedia.az xəbər verir ki, “TASS” agentliyi bu barədə məlumat yayıb.
Peskov mövzu ilə bağlı suala cavabında yeni məlumatların davamlı şəkildə daxil olduğunu bildirib.
“Hər saat yeni məlumatlar gəlir”, – deyə Kremlin sözçüsü qeyd edib.
O, Makronun mümkün danışıqlarçı rolu barədə əlavə açıqlama verməyib.
17:10 13.11.2026
Oxunuş sayı: 146