Tramp nüvə silahlarının azaldılmasını istəyir
ABŞ Prezidenti Donald Tramp nüvə silahlarının azaldılmasının vacibliyini vurğulayaraq bu istiqamətdə addımlar atılmasını arzuladığını bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə açıqlamasında deyib.
ABŞ Prezidenti dünyada mövcud olan nüvə silahlarının yaratdığı təhlükəyə diqqət çəkib.
“Nüvəsizləşmə. Söhbət 1700–1800 ədəd son dərəcə ölümcül raketdən gedir. Bu, çox təhlükəlidir, həddindən artıq təhlükəlidir”, – deyə Tramp bildirib.
O qeyd edib ki, nüvə silahlarının azaldılması istiqamətində hər hansı razılaşma və ya irəliləyiş əldə olunması müsbət addım olardı.
“Bu istiqamətdə nəsə etmək mümkün olsa, çox yaxşı olardı”, – deyə ABŞ Prezidenti əlavə edib.
14:11 28.10.2026
Oxunuş sayı: 78