Yəmən ordusu Babülməndəb boğazında strateji mövqelərə nəzarəti ələ keçirib
Yəmən hökumətinə bağlı qüvvələr ölkənin cənub-qərbində, Taiz vilayəti yaxınlığında yerləşən Babülməndəb boğazında bir sıra strateji mövqelərə nəzarəti ələ keçirdiklərini açıqlayıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə hökumətə bağlı “Vətən Qalxanı” qüvvələrinin “X” sosial şəbəkəsində yaydığı məlumatda bildirilib.
Açıqlamaya görə, əməliyyat “Əmalika” qüvvələri ilə birgə həyata keçirilib. Nəticədə çoxsaylı yüksəkliklər və strateji mövqelər nəzarətə götürülüb, husilərə itkilər verdirilib və onların sursatları məhv edilib.
Məlumata görə, Taiz şəhərində hökumət qüvvələri ilə husilər arasında aylardır şiddətli toqquşmalar davam edir. Şəhərin böyük hissəsi hökumət qüvvələrinin nəzarətində olsa da, husilər əsas girişləri və mühüm mövqeləri saxlayaraq şəhəri mühasirədə tutmağa davam edirlər.
00:30 28.10.2026
Oxunuş sayı: 59