Pezeşkian: Region ölkələri ABŞ-nin köməyinə ümid etməməlidir
İran Prezidenti Məsud Pezeşkian region ölkələrinin mövcud problemləri ABŞ-nin iştirakı olmadan müstəqil şəkildə həll edə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Pezeşkian bu fikirləri Rusiya Prezidenti Vladimir Putinlə söhbəti zamanı səsləndirib.
İran lideri qeyd edib ki, region ölkələri regional məsələləri həll etmək üçün öz imkanlarına güvənməlidirlər.
“Biz bütün problemləri və regional məsələləri ABŞ-nin iştirakı olmadan həll edə bilərik. Xüsusilə regionumuzda ABŞ-nin köməyinə ümid edən ölkələr buna bel bağlamamalıdır. Əslində, vəziyyət tamamilə fərqlidir”, – deyə Pezeşkian vurğulayıb.
23:37 27.10.2026
Oxunuş sayı: 73