Sibiha: Zelenski və Putinin görüşündə müzakirə üçün təkliflərimiz var
Ukraynanın xarici işlər naziri Andrey Sibiha Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında birbaşa görüşün keçirilməsinin vacib olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Sibiha ən kəskin məsələlərin həlli üçün danışıqların dövlət başçıları səviyyəsində aparılmasının zəruriliyini vurğulayıb.
Nazirin sözlərinə görə, tərəflərin danışıqlar qrupları indiyədək bir neçə dəfə görüşsə də, əsas məsələlərin həlli üçün bu səviyyə kifayət etmir. O, Ukraynanın belə bir görüşdə müzakirəyə çıxarmaq üçün konkret təkliflərinin olduğunu qeyd edib.
Sibiha bildirib ki, mümkün görüşdə təhlükəsizlik məsələləri, o cümlədən qismən atəşkəsin elan edilməsi, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin bərpası və qış mövsümü ərəfəsində enerji infrastrukturunun qorunması müzakirə oluna bilər.
23:23 27.10.2026
Oxunuş sayı: 71