Zelenski: Ukrayna qüvvələri Kupyansk istiqamətində yeraltı tunellərlə 15 km-dən çox irəliləyib
Ukrayna Silahlı Qüvvələri Kupyansk istiqamətində yeraltı kommunikasiyalar vasitəsilə 15 kilometrdən çox irəliləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Ukrayna Milli Qvardiyasının “Xartiya” 2-ci korpusunun həyata keçirdiyi “Veles” əməliyyatının ilkin nəticələri və gedişi barədə Mixail Drapatıy, İqor Obolenski və Pavel Palisa məruzə ediblər.
O bildirib ki, əməliyyat çərçivəsində 100-dən çox Rusiya hərbçisi öldürülüb, 30-dan çoxu isə əsir götürülüb.
Zelenskinin qeyd edib ki, Rusiya qüvvələri daha əvvəl Ukrayna mövqelərinin arxasına keçmək və hücum əməliyyatları həyata keçirmək üçün yeraltı qaz xətlərindən istifadə etməyə çalışıb. Ukrayna hərbçiləri bu taktikadan yararlanaraq onu təkmilləşdirib və daha texnoloji üsullarla tətbiq ediblər.
Ukrayna lideri əməliyyatın məqsədinin şəxsi heyət arasında itkiləri azaltmaq, qarşı tərəfə zərər vurmaq və Kupyansk istiqamətində qarşıya qoyulan hədəflərə çatmaq olduğunu vurğulayıb.
23:02 27.10.2026
Oxunuş sayı: 70