Azərbaycan Gürcüstanla radiotezliklərin koordinasiyasına dair protokol imzalayıb
Azərbaycan və Gürcüstan arasında yerüstü teleradio yayımı və mobil rabitə xidmətləri üzrə radiotezliklərin koordinasiyasına dair protokol imzalanıb.
Crossmedia.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Radiotezliklər İdarəsinə (DRİ) istinadən xəbər verir, imzalanma Şəki şəhərində iki ölkənin Rabitə Administrasiyalarının nümayəndələri arasındakı koordinasiya görüşündə baş tutub.
Bildirilib ki, digər aidiyyəti qurumlarla yanaşı, DRİ-nin mütəxəssislərinin də iştirak etdikləri görüşdə mobil rabitə şəbəkələrində, televiziya və radio yayımlarında istifadə olunan radiotezliklərin koordinasiyası ilə bağlı texniki məsələlər müzakirə edilib.
Eyni zamanda sərhədyanı ərazilərdə birgə radiomonitorinq tədbirləri həyata keçirilib. Tərəflər qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
14:05 20.10.2026
Oxunuş sayı: 58