"Turan" klubu bu gün CEV Çempionlar Liqasında ilk oyununu keçirəcək
"Turan"ın qadınlardan ibarət voleybol komandası bu gün CEV Çempionlar Liqasında ilk matçına çıxacaq.
Crossmedia.az-ın məlumatına görə, Tovuz təmsilçisi turnirin II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" klubu ilə üz-üzə gələcək.
Qarşılaşma Tovuz Olimpiya İdman Kompleksində, saat 19:00-da start götürəcək.
Qeyd edək ki, "Turan" Xorvatiya təmsilçisi ilə cavab görüşünü oktyabrın 29-da səfərdə keçirəcək.
10:03 20.10.2026
Oxunuş sayı: 48