"Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasında üçüncü oyununa çıxacaq
"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında üçüncü oyununa çıxacaq.
Crossmedia.az-ın məlumatına görə, Adino Mustedanaqiçin baş məşqçisi olduğu kollektiv Bakıda Almaniyanın "Borussiya" (Dortmund) klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Əlincə stadionunda, saat 15:00-da start götürəcək.
Görüşün baş hakimi Giorgi Avazaşvili (Gürcüstan) olacaq.
Xatırladaq ki, "Sabah"ın U-19 kollektivi I turda İngiltərədə "Mançester Yunayted"ə 5, II turda Bakıda Çexiyanın "Slaviya" komandasına 3 cavabsız qolla uduzub.
09:43 20.10.2026
Oxunuş sayı: 59