Qapalı klinikada ayı ilə üz-üzə qaldı – qadının yaşadığı qorxulu dəqiqələr
Alyaskada qara ayı hərbi bazanın ərazisində yerləşən klinikaya girərək Halloween üçün hazırlanmış bir vedrə şirniyyatı yeyib.
Crossmedia.az xəbər verir ki, “Fox News” bu barədə məlumat yayıb.
Hadisə Elmendorf-Riçardson hərbi bazasındakı klinikanın qəbul şöbəsində gecə saat 02:00 radələrində baş verib. Ayını anasına baş çəkmək üçün klinikaya gələn qadın görüb. Qapıların bağlı olması səbəbindən qadın bir neçə dəqiqə yırtıcı heyvanın yaxınlığında qalmalı olub.
Ayı qadına məhəl qoymayıb və şirniyyatları yeməyə davam edib. Çağırılmamış qonaq aşkar edildikdən sonra həkimlər və pasiyentlər səsgücləndirici vasitəsilə təhlükə barədə xəbərdar ediliblər. Buna baxmayaraq, bir çox insan ayını görmək və onun şəklini çəkmək üçün çölə çıxıb.
Şirniyyatları yedikdən sonra ayı açıq qapıdan klinikanı tərk edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
09:56 20.10.2026
Oxunuş sayı: 155