Si Cinpinin Rusiyaya səfərinin vaxtı hələ məlum deyil
Çin sədri Si Cinpinin Rusiyaya növbəti səfərinin nə vaxt baş tutacağı hələ məlum deyil.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən məlumat yayıb.
Kremlin sözçüsü Çin liderinin Rusiyaya səfərinin vaxtının məlum olub-olmadığı ilə bağlı suala mənfi cavab verib.
Si Cinpin sonuncu dəfə ötən il mayın 7-dən 10-dək Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə Rusiyada səfərdə olub.
Rusiya Prezidenti Vladimir Putinin Çinə son səfəri isə 2026-cı il mayın 19-20-də baş tutub. Səfər Moskva ilə Pekin arasında mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında Müqavilənin imzalanmasının ildönümünə həsr olunub.
10:18 20.10.2026
Oxunuş sayı: 94