17 yaşlı oğlan infarktdan öldü
Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib.
Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
12:42 01.10.2026
Oxunuş sayı: 44