Xırdalanda 14 gün əvvəl xəsarət alan şəxs xəstəxanada ölüb
Abşeron rayonunda 2 həftə əvvəl xəsarət alan şəxs xəstəxanada ölüb.
Crossmedia.az xəbər verir ki, sentyabrın 16-da Xırdalan şəhər sakini 1986-cı il təvəllüdlü M.Zadorkin yaşadığı evdə ehtiyatsızlıqdan yıxılaraq başından xəsarət alıb.
Xəstəxanaya yerləşdirilmiş M.Zadorkin sentyabrın 30-da ölüb.
Araşdırma aparılır.
12:18 01.10.2026
Oxunuş sayı: 52