Bill Qeytsdən süni intellektlə bağlı ciddi xəbərdarlıq
Bill Qeyts süni intellektin yanlış məqsədlərlə istifadəsinin milyardlarla insanın ölümü ilə nəticələnə biləcək hadisələrə səbəb ola biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “NBC News” bu barədə məlumat yayıb.
“Microsoft”un həmtəsisçisi ABŞ hakimiyyətini süni intellektin inkişafına nəzarət edən qanunvericilik qəbul etməyə çağırıb. Qeytsin sözlərinə görə, texnologiyanın təhlükəsizliyi məsələsində şirkətlərin özünü tənzimləməsi kifayət deyil.
O, hüquq-mühafizə orqanlarının və siyasətçilərin də süni intellektin inkişafı, təhlükəsizlik tədbirləri və monitorinq prosesinə cəlb edilməli olduğunu vurğulayıb. Qeyts süni intellektin pis niyyətli şəxslərin istifadəsi ilə çox böyük miqyasda zərər törədə biləcək qədər güclü olduğunu deyib.
Qeyd edək ki, Qeyts son vaxtlar süni intellektin yaratdığı risklərlə bağlı xəbərdarlıqlarını artırıb və hökumətlərin texnologiyanın gətirəcəyi dəyişikliklərə hazır olmadığını bildirib.
03:35 27.09.2026
Oxunuş sayı: 45