Bir gün əvvəl vəzifədən alınmış nazir, indi yenidən vəzifəyə təyin edildi
Naxçıvan Muxtar Respublikasının yeni təhsil naziri təyin edilib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında Qərar qəbul edilib.
Qərara əsasən, Elxan Tarqulu oğlu Nəcəfov Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib, bu posta Ovni Mehbalı oğlu Muradov təyin olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin sentyabrın 24-də imzaladığı Sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.
16:57 25.09.2026
Oxunuş sayı: 42