İranın cənub-şərqində silahlı toqquşma baş verib
İranın Sistan və Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri ilə silahlı qrup arasında toqquşma baş verib.
Crossmedia.az xəbər verir ki, Tasnim-in məlumatına görə, hadisə Saravan rayonunun Cihadabad bölgəsində təhlükəsizlik qüvvələrinin əməliyyatı zamanı baş verib.
İran rəsmilərinin açıqlamasına əsasən, qarşıdurmada silahlı qrupun üç üzvü öldürülüb.
Bölgəyə hərbi texnikanın cəlb edildiyi, ətraf yollarda hərəkətin məhdudlaşdırıldığı bildirilir. Hadisənin detalları və silahlı qrupun kimliyi ilə bağlı əlavə məlumatların açıqlanacağı qeyd olunub.
19:16 23.09.2026
Oxunuş sayı: 47