Xerson vilayəti işıqsız qalıb
Xerson vilayəti enerji sistemində baş verən qəza səbəbindən tamamilə işıqsız qalıb.
Crossmedia.az xəbər verir ki, “Xersonenerqo” bu barədə Telegram kanalında məlumat yayıb.
Şirkətin məlumatına görə, enerji sistemində baş verən texniki nasazlıq səbəbindən vilayətin elektrik təchizatı qəza nəticəsində dayandırılıb.
Mütəxəssislərin elektrik enerjisinin bərpası üzərində çalışdığı və təchizatın mümkün qədər qısa müddətdə bərpa ediləcəyi bildirilib.
Qeyd edək ki, bundan əvvəl Xabarovsk şəhərinin mərkəzində də işıqlandırmanın 70 faizinin itirildiyi barədə məlumat yayılmışdı.
09:23 18.09.2026
Oxunuş sayı: 47