Paşinyan KTMT-dən xaric edilmə ehtimalını belə şərh etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) xaric edilməsinin gündəmə gətirilməsini şərh edib.
Crossmedia.az xəbər verir ki, Paşinyan jurnalistlərə açıqlamasında bu barədə danışıb.
Paşinyan bildirib ki, Ermənistanın KTMT-dən xaric edilməsini istəyirlərsə, bunu həyata keçirə bilərlər və İrəvanın bu məsələ ilə bağlı təhdid edilməsinə ehtiyac yoxdur.
Baş nazir Ermənistanın mövqeyinin “Kikosun ölümü” adlı erməni nağılındakı hadisəyə bənzədilməsinə də münasibət bildirib. O, ölkəsinin təşkilatda qalması və ya xaric edilməsi məsələsində qərarın qarşı tərəfdən asılı olduğunu deyib.
21:57 17.09.2026
Oxunuş sayı: 46