Süni intellektlə bağlı əsas təhlükə bəlli oldu
Yaxın bir ildə süni intellektlə bağlı əsas riskin internetin ələ keçirilməsi deyil, onun informasiya və kiber müharibələrdə silah kimi istifadəsi olduğu bildirilib.
Crossmedia.az xəbər verir ki, Süni İntellektin İnkişafı Laboratoriyaları Assosiasiyasının icraçı direktoru Vyaçeslav Beresnev “maşınların üsyanı” ilə bağlı panikanı texniki proqnoz deyil, media başlığı adlandırıb.
Onun sözlərinə görə, infrastruktura məqsədli hücumlar və genişmiqyaslı dezinformasiya kampaniyaları yüz milyardlarla rubl və ya dollar həcmində zərər vura bilər.
Ekspert süni intellekt sahəsində həddindən artıq sərt tənzimləmələrin kiçik şirkət və startapları bazardan sıxışdıraraq iri texnologiya şirkətlərinin inhisarını gücləndirə biləcəyini də qeyd edib. Beresnev beynəlxalq ictimaiyyətə süni intellektdən təhlükəsiz istifadə üçün atom enerjisi sahəsindəki qaydalara bənzər şəffaf “yol hərəkəti qaydaları” hazırlamağı təklif edib.
22:26 15.09.2026
Oxunuş sayı: 51