İlin ən yaxşı musiqi fotoları seçilir
Oasis qrupunun yenidən birləşmə turu və Charli XCX-in Glastonbury festivalında çıxışı zamanı çəkilən fotolar bu ilki Abbey Road Musiqi Fotoqrafiyası Mükafatlarının namizədləri sırasındadır.
Crossmedia.az xəbər verir ki, bu barədə mükafatların təşkilatçıları məlumat yayıb. Bu il 42 ölkədən göndərilən 24 500-dən çox iş arasından səkkiz kateqoriya üzrə 40 finalçı seçilib.
Namizədlər arasında Kendrick Lamar, Fontaines DC, Tame Impala və Sombr kimi ifaçıların fotoları da yer alır. FKA Twigs də daxil olmaqla digər musiqiçilərin görüntüləri isə münsiflərin xüsusi mükafatları üçün müsabiqədənkənar seçilib.
Finalçıların bütün fotoları sentyabrın 8-dən 14-dək Londonun Outernet əyləncə kompleksindəki LED tuneldə nümayiş olunacaq. Onlardan beşi tamaşaçıların səsverməsi ilə müəyyənləşən “İlin musiqi anı” mükafatı uğrunda mübarizə aparacaq.
Qaliblər sentyabrın 24-də “The Beatles” qrupunun 1969-cu il tarixli albomu ilə məşhurlaşan Londondakı Abbey Road studiyalarında keçiriləcək mərasimdə elan olunacaq.
06:20 12.09.2026
Oxunuş sayı: 47