Tramp 11 sentyabrı İran müharibəsi ilə əlaqələndirib
ABŞ Prezidenti Donald Tramp 11 sentyabr 2001-ci il terror aktlarının ildönümündə İranla hazırkı müharibəyə toxunaraq qələbənin yeganə mümkün nəticə olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə çıxışı zamanı məlumat verib.
Tramp 2001-ci il sentyabrın 11-də həlak olanları və onların ailələrini heç vaxt unutmayacaqlarını deyib.
O, həmin tarixin çox məşhur olduğunu qeyd edərək, həmin günün əvvəlində hər şeyin gözəl başladığını bildirib.
ABŞ prezidenti 11 sentyabr hadisələri ilə hazırkı müharibə arasında əlaqə yaradaraq, "Məhz buna görə bu gün döyüşürük. Seçimimiz yoxdur. Qələbə yeganə mümkün nəticədir", - deyib.
Tramp həmçinin ABŞ hərbçilərinə təşəkkürünü bildirib. Onun sözlərinə görə, hərbçilər hazırda dünyanın əsas terror sponsoru hesab etdiyi İran İslam Respublikasının heç vaxt nüvə silahına sahib olmaması üçün fəaliyyət göstərirlər.
20:12 11.09.2026
Oxunuş sayı: 47