Rusiyanın Polşadakı səfiri etimadnaməsini təqdim edib
Rusiyanın Polşadakı səfiri Georgi Mixno Polşa Prezidenti Karol Navrotskiyə etimadnaməsini təqdim edib.
Crossmedia.az xəbər verir ki, Rusiyanın Polşadakı səfirliyi bu barədə "Telegram" kanalında məlumat yayıb.
Səfirliyin məlumatına görə, mərasim 11 sentyabr 2026-cı ildə baş tutub. Georgi Mixno Polşa Prezidenti Karol Navrotskiyə etimadnaməsini təqdim edib.
Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski Avropanın Rusiya diplomatları və Avropa İttifaqı ölkələrinə səfər edən Rusiya vətəndaşlarına qarşı daha sərt məhdudiyyətlər tətbiq etməli olduğunu bildirib.
Sikorski, xüsusilə Avropa ölkələrində çalışan Rusiya diplomatlarının sayının və onların hərəkət azadlığının məhdudlaşdırılmasına çağırıb. O, Rusiyanın Avropada həddindən artıq çox diplomatının olduğunu iddia edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi isə Sikorskinin bu mövqeyini tənqid edərək, polşalı nazirin "rusofreniya" xəstəliyindən əziyyət çəkdiyini bildirib. O, Sikorskinin öz baxışlarını təbliğ etdiyini və bunun nəticəsində "mütləq marjinal" təsiri bağışladığını deyib.
19:38 11.09.2026
Oxunuş sayı: 47