Çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirinin açılış matçı baş tutub
Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirinin açılış matçı baş tutub.
Crossmedia.az-ın məlumatına görə ilk oyunda "Red Star" (Böyük Britaniya) və "Sankt Mortiz" (İsveçrə) komandaları üz-üzə gəliblər.
Görüş İsveçrə təmsilçisinin 7:6 hesablı qələbəsi ilə başa çatıb.
Günün ikinci qarşılaşmasında isə "Elit polo club" (Azərbaycan) "Moscow polo club"la (Rusiya) qarşılaşacaq.
Beynəlxalq turnirə sentyabrın 13-də yekun vurulacaq.
17:34 11.09.2026
Oxunuş sayı: 45