"Sabah"ın rəqibinin futbolçusu Konstantinos Karetsas həftəsonu keçiriləcək matçda oynamayacaq
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Konstantinos Karetsas səhhətində yaranan problemə görə həftəsonu keçiriləcək matçda komandasına kömək edə bilməyəcək.
Crossmedia.az Dortmund təmsilçisinə istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Ole Buk açıqlama verib.
O, gənc futbolçunun səhhəti ilə bağlı müayinələrin davam etdiyini, onun durumunun nəzarət altında olduğunu söyləyib.
"Borussiya" sentyabrın 12-də Almaniya Bundesliqasının III turunda evdə "Paderborn" ilə qarşılaşacaq.
Qeyd edək ki, K.Karetsas UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyanın "Vilyarreal" klubuna qarşı keçirilən matçın 27-ci dəqiqəsində səhhətində yararnan problem səbəbindən əvəzlənib. O, daha sonra xəstəxanaya yerləşdirilib.
16:42 10.09.2026
Oxunuş sayı: 48