Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Gəncə şəhərində baş verən avtomobil qəzasında üç nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.
"Audi" və "VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Ruzi Mustafayev, Seymur Qurbanov (1990) və Xəyal Məmmədov (1986) xəsarət alıblar.
Hər üç şəxs şəhərin müxtəlif xəstəxanalarına aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma başlanılıb.
16:03 10.09.2026
Oxunuş sayı: 48