Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib
Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib.
Crossmedia.az bu barədə AZSTAND-a istinadən xəbər verir.
Məlumata görə, bunun 56-sı qida texnologiyası və kənd təsərrüfatı, 91-i nəqliyyat, 28-i uşaq malları, 4-ü sənədləşdirmə və nəşriyyat, 16-sı energetika (istilik mübadiləsi sistemləri) və elektrotexnika, 11-i idarəetmə və keyfiyyət, 43-ü mebel, 3-ü hidravlik sistemlər və ümumi istifadə üçün komponentlər, 9-u neft-qaz, kimya və əlaqəli texnologiya, 15-i bina qurğuları, 1-i zərgərlik, 8-i turizm, 36-sı əməyin təhlükəsizliyi, 38-si tekstil və dəri texnologiyası, 37-si maşınqayırma, 4-ü istehlak malları, 2-si metrologiya, ölçmə sistemləri və cihazlar, 21-i texniki materiallar, 23-ü informasiya və telekommunikasiya ilə bağlı olub.
Məlumata görə, eyni zamanda 26 dövlət standartı üzrə dövri yoxlanılma aparılıb və ya dəyişikliklər edilib, 27 dövlət standartı isə ləğv olunub. Bundan başqa, sahibkarların müraciəti əsasında 89 texniki şərt ekspertiza edilərək qeydiyyata alınıb.
14:53 10.09.2026
Oxunuş sayı: 39