Karapetyan Paşinyanı məhkəməyə verib
Ermənistanın “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan Baş nazir Nikol Paşinyana qarşı məhkəməyə verib.
Crossmedia.az xəbər verir ki, Ermənistan mediasında yayılan məlumata görə, iddia ərizəsi sentyabrın 9-da məhkəməyə daxil olub.
Karapetyan Paşinyanın mayın 29-da seçki kampaniyası zamanı səsləndirdiyi və onun ünvanına təhqir kimi qiymətləndirilən ifadəyə görə ictimai şəkildə üzr istəməsini tələb edir.
Bundan əlavə, siyasətçi Paşinyandan 3 milyon dram, yəni təxminən 8,3 min dollar məbləğində kompensasiya və məhkəmə xərclərinin ödənilməsini istəyir.
İddianın məhkəmə tərəfindən qəbul edilib-edilmədiyi və proses üzrə növbəti iclasın nə vaxt keçiriləcəyi barədə məlumat hələlik açıqlanmayıb.
15:53 10.09.2026
Oxunuş sayı: 43