"Bukovina" Azərbaycan millisinin hücumçusu Renat Dadaşovu transfer etdiyini açıqlayıb
Ukraynanın "Bukovina" klubu Azərbaycan millisinin forvardı Renat Dadaşovu heyətinə qatdığını açıqlayıb.
Crossmedia.az Çernovtsı təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı forvardla "1+1" illik müqavilə imzalanıb.
Təcrübəli hücumçu yeni komandasında 9 nömrəli formada çıxış edəcək. Milli üzvü daha əvvəl Portuqaliyanın "Eştoril", "Pasuş de Ferreyra", "Tondela", İsveçrənin "Qrasşopper", İngiltərənin "Vulverhempton", Türkiyənin "Hatayspor" və "Ankaragücü" klublarının da formasını geyinib.
Qeyd edək ki, hücumçu 2025/2026 mövsümünü Polşanın "Motor" komandasında keçirib. Almaniyanın U-16 və U-17 yığmalarında da forma geyinmiş futbolçu 2017-ci ildən dəvət aldığı Azərbaycan millisində keçirdiyi 45 matçda 7 qol vurub.
10:31 10.09.2026
Oxunuş sayı: 44