Peskov: Zelenskinin təyyarəsinə təhlükə olmayıb
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsinin Moldovadan Norveçə uçuşu zamanı dron təhlükəsi ilə üzləşməsi barədə məlumatları təkzib edib.
Crossmedia.az xəbər verir ki, Peskov bu barədə açıqlama verib.
Onun sözlərinə görə, Zelenskinin təyyarəsinə birbaşa təhlükə olmayıb və bunu Ukrayna tərəfi də etiraf edib. Peskov bildirib ki, Kiyev baş verən hadisəni Qərbi Rusiyaya qarşı birbaşa müdaxiləyə sövq etmək məqsədilə təqdim etməyə çalışır.
Qeyd edək ki, Zelenskinin Moldovadan Norveçə uçuşu zamanı ölkənin hava məkanı dron xəbərdarlığı səbəbilə müvəqqəti bağlanıb və bu səbəbdən prezidentin təyyarəsinin uçuşu gecikib. Moldova hakimiyyəti hava məkanına iki Rusiya dronunun daxil olduğunu açıqlayıb.
Norveçin Baş naziri Yonas Qar Støre isə Zelenskinin təyyarəsinin Moldovadan havaya qalxarkən drona az qala tuş gəldiyini bildirib. Lakin sonradan Norveç hökumətinin nümayəndələri dronun prezidentin təyyarəsinə birbaşa təhlükə yaradıb-yaratmadığının məlum olmadığını açıqlayıblar.
15:59 10.09.2026
Oxunuş sayı: 39