Kallasın rəhbərlik etdiyi xidmət dəyişdirilir? - Aİ liderləri toplanır
Avropa İttifaqı liderləri ilin sonunda keçiriləcək görüşdə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallasın gələcəyi və rəhbərlik etdiyi Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) mümkün islahatını müzakirə edəcəklər.
Crossmedia.az xəbər verir ki, “Euractiv” bu barədə məlumat yayıb.
Müzakirələrdə əsas diqqətin EEAS-in fəaliyyətinin yenidən təşkilinə yönələcəyi bildirilir. Fransa və Almaniya hesab edir ki, mümkün islahat Aİ-nin xarici siyasətini daha çevik və əlaqələndirilmiş şəkildə həyata keçirməyə imkan verə bilər.
Bu çərçivədə xidmətin əməkdaşlarının milli kvota prinsipi əsasında formalaşdırılması təklif olunur. Bu yanaşmanın Aİ üzvü ölkələr arasında xarici siyasət üzrə koordinasiyanın gücləndirilməsinə xidmət edəcəyi gözlənilir.
Məsələ Kallasın rəhbərliyi ilə bağlı müzakirələri də gündəmə gətirə bilər.
12:34 10.09.2026
Oxunuş sayı: 48