26 il əvvəl törədilən qətlin üstü açılıb
Rusiyanın Krasnoyarsk şəhərində 1999-cu ildə törədilmiş qətlin üstü 26 ildən sonra açılıb.
Crossmedia.az xəbər verir ki,hadisə 1 oktyabr 1999-cu ildə baş verib. Məlumata görə, 27 yaşlı kişi sevgilisinin əri ilə görüşüb. Həyat yoldaşının xəyanətindən xəbər tutan kişi boşanmaq niyyətində olub.
Şübhəli şəxs ər-arvadın əmlakı bölüşdürməsinin qarşısını almaq məqsədilə kişiyə başından bir neçə dəfə zərbə endirib. Aldığı xəsarətlər nəticəsində 27 yaşlı kişi ölüb.
Cinayət uzun illər açılmamış qalıb. İstintaqın araşdırmaları nəticəsində hadisədən 26 il sonra 53 yaşlı yerli sakin şübhəli şəxs qismində müəyyən edilib.
Onun barəsində Rusiya Cinayət Məcəlləsinin tamah məqsədilə törədilən qətllə bağlı maddəsi üzrə cinayət işi açılıb. Şəxsin müəyyənləşdirilməsinə uzun müddət hadisə barədə susan şahidlərdən birinin verdiyi məlumat kömək edib. Şahid bunu şübhəlinin qisasından qorxduğu üçün əvvəllər açıqlamadığını bildirib.
Qeyd edək ki, bundan əvvəl 1997-ci ildə törədilmiş başqa bir qətlin şübhəlisi 29 il sonra itirilmiş papaq vasitəsilə müəyyən edilmişdi.
11:53 10.09.2026
Oxunuş sayı: 46