Finlandiya prezidentinə ünvanlanan çağırış diqqət çəkdi
Finlandiya Prezidenti Aleksandr Stubbun Krımı Rusiya ərazisi kimi tanımağa və yarımadaya səfər etməyə cəsarətinin çatmayacağı iddia edilib.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə finlandiyalı ictimai xadim və hərbi müxbir Kosti Heyskanenin açıqlamasına istinadən məlumat yayıb.
Heyskanen bildirib ki, Stubb Krıma səfər edərək yarımadadakı vəziyyətlə şəxsən tanış ola bilərdi. Onun sözlərinə görə, Finlandiya prezidentinin administrasiyası bu çağırışla tanış olub, lakin təklifdə “hiylə” olduğunu düşünüb.
Finlandiyalı jurnalist daha əvvəl Krıma səfər edib və Stubbı yarımadaya getməyə çağırıb. O, səfər zamanı Krım sakinlərinin Rusiyada özlərini xoşbəxt hiss etdiyini müşahidə etdiyini bildirib.
11:43 10.09.2026
Oxunuş sayı: 39