Dmitri Medvedev Rusiyada səfərbərliklə bağlı iddiaları təkzib edib
Rusiyada yeni səfərbərliyə ehtiyac olmadığı bildirilib.
Crossmedia.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev səfərbərliklə bağlı yayılan xəbərləri “Kiyevin təxribatı” adlandırıb.
Medvedevin sözlərinə görə, hazırda Rusiyada əlavə səfərbərliyin keçirilməsi üçün zərurət yoxdur.
Səfərbərliklə bağlı iddialar son dövrlərdə Rusiyada dəfələrlə gündəmə gəlib və Kreml tərəfindən də yeni səfərbərlik planlarının olmadığı bildirilib.
09:42 10.09.2026
Oxunuş sayı: 41