İsraildə 7 oktyabrla bağlı yeni qalmaqal: Ben Qvirdən açıqlama
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir “Haares” qəzetinin BƏƏ Prezidenti Məhəmməd bin Zayedin 7 oktyabrdan əvvəl HƏMAS təhlükəsi barədə Benyamin Netanyahunu xəbərdar etdiyi barədə məlumatına münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, İtamar Ben Qvir bu barədə açıqlama verib.
Ben Qvir bildirib ki, təhlükəsizlik sisteminin nümayəndələri hər kəsi yanıltıb və indi buna bəraət qazandırmağa çalışırlar.
Onun sözlərinə görə, 7 oktyabr hücumundan əvvəl ölkə rəhbərliyinə hansı məlumatların məlum olduğunu və belə xəbərdarlıqların həqiqətən daxil olduğu halda niyə lazımi tədbirlərin görülmədiyini araşdırmaq lazımdır.
21:33 09.09.2026
Oxunuş sayı: 43