Putin-Tramp danışığının detalları açıqlandı
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa Ukraynadakı münaqişənin başa çatması üçün Vaşinqtonun hansı addımları ata biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Kremlin köməkçisi Yuri Uşakov bu barədə məlumat yayıb.
Uşakovun sözlərinə görə, Putinin fikrincə, ABŞ ilk növbədə Kiyevə istənilən yardımı dayandırmalıdır. O, prezidentlərin telefon danışığının qapalı formatda keçirildiyini və söhbət zamanı münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmaq imkanlarının müzakirə edildiyini bildirib.
Uşakov qeyd edib ki, ABŞ tərəfi dövlət katibi Marko Rubionun daha əvvəl bəhs etdiyi Ukrayna üzrə “yol xəritəsi”ni Rusiyaya təqdim etməyib.
Onun sözlərinə görə, Putin Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüş zamanı Ukrayna tərəfi ilə üçtərəfli formatda təmasların mümkün bərpasını da müzakirə edib.
Uşakov Rusiya Prezidenti ilə ABŞ nümayəndələri arasında keçirilən görüşü ümumilikdə konstruktiv qiymətləndirib. Bununla yanaşı, danışıqlarda ən kəskin problemlərin də müzakirə edildiyini bildirib.
Kremlin köməkçisi Ukrayna üzrə mümkün görüşün keçirilməsi üçün Rusiyanın prioritet məkan kimi Əbu-Dabini nəzərdən keçirdiyini də açıqlayıb.
18:44 09.09.2026
Oxunuş sayı: 36