Ukrayna: “Admiral Essen” Novorossiyskdə vurulub
Ukrayna Baş Kəşfiyyat İdarəsi Novorossiyskdə Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasının infrastrukturuna və “Admiral Essen” freqatına zərbə endirildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Ukrayna Baş Kəşfiyyat İdarəsi bu barədə məlumat yayıb.
Ukrayna tərəfinin məlumatına görə, zərbə nəticəsində gəminin göyərtəüstü qurğularında yanğın baş verib.
“Admiral Essen” “Kalibr” qanadlı raketlərinin daşıyıcısıdır.
Qeyd edək ki, Ukrayna tərəfi avqustun 12-də də Novorossiyskdə “Admiral Essen”, “Admiral Makarov” və digər Rusiya hərbi obyektlərinin vurulduğunu açıqlamışdı.
17:14 09.09.2026
Oxunuş sayı: 41