Sikorski: Putin nasist Almaniyasının səhvini təkrarlayır
Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya Prezidenti Vladimir Putinin İkinci Dünya müharibəsi zamanı nasist Almaniyasının Londonu bombalamaqla yol verdiyi səhvi təkrarladığını bildirib.
Crossmedia.az xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski bu barədə açıqlama verib.
Sikorskinin sözlərinə görə, Ukrayna şəhərlərinə endirilən zərbələr nəticəsində hər gün 2-12 nəfərin həlak olması Ukrayna ordusunun Donbası müdafiə etmək imkanlarına təsir göstərmir.
Nazir bildirib ki, Ukrayna əhalisini qorxutmaq cəhdləri əks nəticə verə bilər. Onun fikrincə, hücumlar əhalinin hökumət ətrafında daha sıx birləşməsinə səbəb ola bilər.
17:11 09.09.2026
Oxunuş sayı: 42