Neftin qiyməti 100 dolları keçdi
Neftin qiyməti ABŞ–İran gərginliyinin enerji bazarlarına təsiri fonunda kəskin bahalaşıb və Brent markalı neftin bir barreli 100 dolları keçib.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, Bakı vaxtı ilə səhər saatlarında Brent markalı neftin fyuçerslərinin qiyməti 2,2 faiz artaraq 100 dollar həddini keçib. Bu, Brent üçün iyulun sonundan bəri ən yüksək göstəricilərdən biridir.
ABŞ-nin WTI markalı neftinin qiyməti isə 1,5 faiz artaraq bir barreli 94,5 dollara yüksəlib.
Qiymət artımının əsas səbəbləri sırasında ABŞ və İran arasında gərginliyin yenidən kəskinləşməsi, Fars körfəzi və Hörmüz boğazında gəmiçiliklə bağlı risklərin artması göstərilir.
Məlumata görə, bazarlarda əsas narahatlıq Yaxın Şərqdən neft tədarükünün daha da məhdudlaşması ehtimalı ilə bağlıdır. Gərginliyin uzanması enerji qiymətlərinin yüksəlməsini sürətləndirə və qlobal inflyasiya təzyiqlərini artıra bilər.
16:46 09.09.2026
Oxunuş sayı: 44