Ukrayna Rusiyaya kütləvi zərbələr endirdi
Rusiyanın hava hücumundan müdafiə qüvvələri gecə saatlarında ölkənin müxtəlif regionları üzərində 596 Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, PUA-lar Rostov, Tula, Ulyanovsk və Kaluqa vilayətləri, Krasnodar diyarı və Krım üzərində, həmçinin Qara dənizin akvatoriyasında vurulub.
Nazirliyin məlumatında kütləvi PUA hücumunun nəticələri, o cümlədən mümkün dağıntı və itkilərlə bağlı məlumat verilməyib.
Bundan əvvəl Sverdlovsk vilayətində də PUA təhlükəsi rejiminin tətbiq edildiyi bildirilib. Rusiya Müdafiə Nazirliyi həmin regiona hücum cəhdi barədə məlumat yaymayıb.
10:43 09.09.2026
Oxunuş sayı: 52