Yəmən böhranı yenidən gündəmdə – Türkiyədən mühüm çağırış
Türkiyə husilərin Səudiyyə Ərəbistanına qarşı həyata keçirdiyi hücumları qətiyyətlə pisləyib və bu addımların regionda gərginliyi artırdığını bildirib.
Crossmedia.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi bu barədə açıqlama yayıb.
Nazirlik hücumların mülki əhalinin təhlükəsizliyini təhdid etdiyini vurğulayıb və Səudiyyə Ərəbistanının suverenliyi ilə ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib.
Türkiyə XİN hücumların Yəməndə münaqişənin davamlı siyasi həll yolu ilə sona çatdırılmasına yönəlmiş diplomatik səylərə də zərər vurduğunu qeyd edib.
Ankara husiləri aqressiv fəaliyyətlərini dərhal dayandırmağa çağırıb.
10:29 09.09.2026
Oxunuş sayı: 43