Almaniyada seçki nəticəsi Merkelə ağır təsir etdi
Almaniyanın keçmiş kansleri Angela Merkel AfD-nin Saksoniya-Anhalt əyalət seçkilərində əldə etdiyi qələbəni ölkə tarixində dönüş nöqtəsi kimi qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, Angela Merkel seçkilərin nəticələri ilə bağlı açıqlamasında AfD-nin uğurunu “şok” kimi dəyərləndirib.
Merkelin sözlərinə görə, nəticənin əhəmiyyətini heç kimin, o cümlədən Xristian Demokrat İttifaqının (XDİ) daxilində olanların belə, azaltmağa çalışmadığı görünür.
Keçmiş kansler seçki nəticələrini XDİ üzvü kimi izləməyin onun üçün xüsusilə ağrılı olduğunu bildirib.
10:15 09.09.2026
Oxunuş sayı: 46