Yəmən: Səudiyyə Ərəbistanına zərbələr blokada dayandırılana qədər davam edəcək
Yəmən Səudiyyə Ərəbistanına qarşı hücumların ölkəyə tətbiq olunan blokada tam dayandırılana qədər davam etdiriləcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Yəmən Xarici İşlər nazirinin müavini Əli əs-Səbri “Tasnim” agentliyinə müsahibəsində bu barədə danışıb.
Əli əs-Səbri bildirib ki, Yəmən Silahlı Qüvvələri Səudiyyə Ərəbistanına qarşı əməliyyatlarını “blokadaya qarşı blokada” prinsipi çərçivəsində davam etdirəcək.
O, Səudiyyə Ərəbistanının Yəmənin müxtəlif rayon və vilayətlərinə hava zərbələri endirməsini də tənqid edib və Sənanın təcavüzə qarşı özünümüdafiə hüququnun olduğunu vurğulayıb.
Yəmən rəsmisi Qırmızı dənizdə gərginliyin artması istiqamətində əməliyyatların davam etdiriləcəyini bildirib.
17:53 08.09.2026
Oxunuş sayı: 42