Krımda AI-95 üçün yeni satış qaydası
Krımda kiçik yanacaqdoldurma məntəqələri sentyabrın 9-dan AI-95 markalı benzini litri 100 rubla satmağa başlayacaq.
Crossmedia.az xəbər verir ki, Krımın rəhbəri Sergey Aksyonov bu barədə Telegram kanalında məlumat yayıb.
Hazırda TES və ATAN şəbəkələrinin yanacaqdoldurma məntəqələrində AI-95 benzini litri 100 rubla satılır. Lakin sentyabrın 9-dan bu məntəqələrdə həmin yanacağın satış həcmi azaldılacaq və əvvəlki qiymətə AI-95 benzini yalnız kiçik yanacaqdoldurma şəbəkələrində tapmaq mümkün olacaq.
Bununla yanaşı, TES məntəqələrində dizel yanacağının satışı başlayıb. Sentyabrın 8-dən isə qiyməti 100 rubldan çox olmayacaq AI-92 markalı benzinin satışına başlanacaq. Aksyonovun sözlərinə görə, AI-92 yanacağının tədarükü fasiləsiz həyata keçiriləcək.
Yanacağın mövcudluğu barədə aktual məlumatlar hər gün saat 07:30-da respublikanın Yanacaq və Energetika Nazirliyinin interaktiv xəritəsində yenilənir.
Sentyabrın 8-dən bir tonunun qiyməti 19 500 rubl olan kömürün də satışa çıxarılacağı bildirilib.
Sosial dəstək tədbirləri çərçivəsində güzəştli kateqoriyaya aid vətəndaşlara balon qazının çatdırılmasının ilk mərhələsinin cari həftənin sonuna qədər başa çatdırılması planlaşdırılır. Növbəti mərhələlərin detalları bazar ertəsi açıqlanacaq.
Qeyd edək ki, avqustun 31-də Rusiya hökuməti yanacaqdoldurma məntəqələrində ekoloji standartı aşağı olan “Avro-2”, “Avro-3”, “Avro-4” və “Avro-5” sinifli benzin və dizel yanacağının satışına icazə verib.
Bundan əvvəl Krımda AI-95 benzininin qiymətinin litri üçün 100 rubldan yuxarı olmayacağı açıqlanmışdı.
23:44 07.09.2026
Oxunuş sayı: 52