Elmin ən qəribə tərəfi: Qeyri-adi araşdırmalar İq Nobelə layiq görüldü
Elm dünyasının ən qeyri-adi araşdırmalarını mükafatlandıran İq Nobel mükafatlarının 36-cı təqdimetmə mərasimi İsveçrənin Sürix şəhərində keçirilib.
Crossmedia.az xəbər verir ki, bu il mükafatlandırılan 10 araşdırmanın mövzuları arasında zəhərli ilanların insanı dişləməsinə səbəb olan amillərin öyrənilməsi də olub.
Budəfəki tədbirin əsas mövzusu göbələklər olub. Mükafat qazanan digər araşdırmalar arasında tarakan südünün inək südündən üç dəfə çox enerji ehtiva etməsi, burun üfürmənin aerodinamikası və öpüşmənin təkamül tarixi ilə bağlı elmi işlər yer alıb.
İqtisadiyyat üzrə mükafat varlı insanların uşaqların konfet ehtiyatından daha çox götürməyə və digər etik olmayan davranışlara meyilli olduğunu araşdıran alimlərə verilib. Fizika mükafatına isə su sıçramasının qarşısını alan sidik qablarının dizaynını araşdıran tədqiqat layiq görülüb.
İq Nobel mükafatları insanları əvvəlcə güldürən, daha sonra isə düşündürən elmi araşdırmaları diqqətə çatdırmaq məqsədi daşıyır.
04:30 08.09.2026
Oxunuş sayı: 40