“Dune” və “Qisasçılar”ın Rusiya kinoteatrlarına gəlişi təxirə düşüb
“Dune” və “Qisasçılar” filmlərinin hazırda Rusiyada kinoteatrlarda nümayişi planlaşdırılmır.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya Kinoteatr Sahibləri Assosiasiyasının rəhbəri Aleksey Voronkov TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu vəziyyət Rusiya istehsalı olan filmlərin nümayişi ilə bağlı deyil. ABŞ studiyaları ilə razılıq əldə olunsa belə, sözü gedən filmlər Rusiyada ən tez 1 aprel 2027-ci ildən sonra nümayiş oluna bilər.
Voronkov daha əvvəl Rusiyada yerli filmlərin kassadakı uğurunun kinoteatrlarda ayrılan seansların sayı ilə əlaqəli olduğunu bildirmişdi.
23:13 07.09.2026
Oxunuş sayı: 46