OpenAI-dan xəbərdarlıq: “İnsanlar gələcəyə nəzarəti itirə bilər”
OpenAI-nin baş elmi işçisi Jakub Paçocki süni intellektin sürətli inkişafı ilə bağlı “son dərəcə ehtiyatlı” olmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, Paçocki “An Alien Mind” adlı bloq yazısında maşın intellektinin sürətli inkişafının nəticələrinə hazır olunmadığını bildirib.
O, gələcəkdə insanların nəzarətdə qalmasını təmin etmək üçün əlavə müdaxilələrə ehtiyac yarana biləcəyini qeyd edib. Paçockinin sözlərinə görə, OpenAI süni intellekt sistemləri üçün müdafiə mexanizmləri qurmağa və onların insan məqsədlərinə uyğun fəaliyyət göstərməsini təmin edən texniki həllər üzərində işləməyə davam edəcək.
Şirkətin baş alimi həmçinin süni intellektin inkişafını izləmək üçün “avtomatlaşdırılmış AI tədqiqatçısı” yaratmağın əsas prioritetlərdən biri olacağını açıqlayıb. Bununla yanaşı, bəzi ekspertlər OpenAI-nin təhlükəsizlik və şəffaflıq məsələlərində daha çox məlumat paylaşmalı olduğunu bildirirlər.
Qeyd edək ki, son dövrdə süni intellekt agentlərinin insan müdaxiləsi olmadan fəaliyyət göstərməsi və real kiberhücumlar həyata keçirməsi ilə bağlı hallar texnologiyanın təhlükəsizliyi barədə narahatlıqları artırıb.
22:41 07.09.2026
Oxunuş sayı: 44