Latviya Rusiya taxılına qarşı sərt qərar verir
Latviya hökuməti Rusiya və Belarusdan gətirilən taxıl yüklərinə və onların emalına 300 faiz gömrük rüsumu tətbiq etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bunu ölkənin Baş naziri Andris Kulberqs koalisiya partiyaları ilə danışıqlardan sonra açıqlayıb.
Onun sözlərinə görə, məqsəd Rusiya taxılının regionun infrastrukturundan istifadəsinin qarşısını almaqdır. Latviya həmçinin yeni Rusiya ərazilərində istehsal olunan taxıla qarşı əlavə məhdudiyyət mexanizmi hazırlamaq və bu məsələdə digər Baltikyanı ölkələrin dəstəyini almaq niyyətindədir.
Bundan əlavə, Latviya 2027-ci ildən Rusiya və Belarusla avtobus sərnişin daşımalarını tam dayandırmağı nəzərdən keçirir. Hazırlanan qanun dəyişikliklərinə əsasən, həm müntəzəm, həm də qeyri-müntəzəm beynəlxalq avtobus reyslərinin və ölkə ərazisindən tranzit keçidin qadağan edilməsi təklif olunur.
22:18 07.09.2026
Oxunuş sayı: 51