Lavrov Rusiyanın gələcəyi ilə bağlı vacib mesaj verdi
Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsinin dünyadakı mövqeyinə və gələcək təsir imkanlarına əsas təsirin cəbhədəki vəziyyət tərəfindən göstərildiyini bildirib.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb.
Lavrov bu fikirləri Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda tələbə və professor-müəllim heyəti ilə görüş zamanı səsləndirib.
Onun sözlərinə görə, cəbhədəki vəziyyət Rusiyanın dünyada necə qəbul edilməsinə, ölkənin beynəlxalq təsir imkanlarına və mövqelərinin möhkəmlənməsi perspektivlərinə həlledici təsir göstərir.
Rusiya xarici işlər naziri bununla cəbhədəki vəziyyətlə ölkənin beynəlxalq mövqeyi arasında birbaşa əlaqə olduğunu vurğulayıb.
17:06 07.09.2026
Oxunuş sayı: 61